Əfsanəvi müğənninin portretinə fantastik qiymət qoyuldu

Şəkil 2018-ci ilin mayında satışa çıxarılacaq
Sputnik

BAKI, 9 aprel — Sputnik. Məşhur amerikalı rəssam Endi Uorxolun çəkdiyi "rok-n-rol kralı" Elvis Preslinin portretini Chrisies auksionunda satmaq istəyirlər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, portretin 30 milyon dollara satılacağı gözlənilir. 

Elvis Preslinin portreti. Rəssam Endi Uorhol

Elvis, ötən əsrin 60-cı illərində çəkilmiş "Sönən ulduz" filminin personajı — kovboy Peyser Bertonun obrazında təsvir edilib. O, əlində silah təsvir edilib.

Şəkil 2018-ci ilin mayında satışa çıxarılacaq.