Türkiyədə güclü zəlzələ olub

Zəlzələ Bakı vaxtı ilə gecə saat 01:30 radələrində qeydə alınıb
Sputnik

BAKI, 8 aprel — Sputnik. Türkiyədə 4,7 bal gücündə zəlzələ olub.

Sputnik AzərbaycanSözçü-yə istinadla xəbər verir ki, Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma mərkəzi İnstitutu zəlzələnin mərkəzinin Boluda olduğunu açıqlayıb. Zəlzələ ocağı 2 km dərinlikdə qeydə alınıb. Təkanlar böyük bir ərazidə hiss edilib.

Zəlzələ Bakı vaxtı ilə gecə saat 01:30 radələrində qeydə alınıb. Zəlzələdən sonra bölgədə panika yaşanıb. İnsanlar gecəni küçədə keçiriblər.

Bolu valisi Aydın Baruş açıqlama verərək, onlara hər hansı dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmadığını bildirib.