Telman İsmayılovdan qalmaqallı ifadə: "Onu öldürəcəklər" - VİDEO

T.İsmayılov ona qarşı açılmış cinayət işini Mehman Kərimovun yalan ifadələrindən ibarət olduğunu bildirib
Sputnik

BAKI, 8 aprel — Sputnik. Sifarişli qətllərdə ittiham olunduğu üçün axtarışda olan biznesmen Telman İsmayılov "Pravda.ru"-ya müsahibə verib.

Sputnik Azərbaycan Haqqin.az-a istinadla xəbər verir ki, T.İsmayılov ona qarşı açılmış cinayət işini Mehman Kərimovun yalan ifadələrindən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, Çerkiz bazarının eks-sahibini təhlükə gözləyir. Biznesmen yerini gizlətmir və siyasi sığınacaq alması xəbərini də təkzib edir: "Qardaşımın işi ilə bağlı istintaq bitib, məhkəmənin obyektiv keçməsinə ümid edirəm. Kərimov məhkəməyə gətirilməlidir. Bütün ittihamlar onun yalan ifadələri üzərində qurulub. Qorxuram ki, o, məhkəməyə gətirilməsin. Onu öldürsünlər. Buna görə də, hüquq-mühafizə orqanları və məhkəmədən bu məsələyə obyektiv yanaşmalarını gözləyirəm".