Nəyisə düz hesablamadılar: Qüllə kitabxananın üstünə aşdı - VİDEO

Tikili gözlənilmədən yaxınlıqdakı kitabxana binasının üzərinə aşıb
Sputnik

BAKI, 8 aprel — Sputnik. Danimarkanın Baltik dənizində yerləşən Zelandiya adasındakı Vordinqborq şəhərində yerli limanda yerləşən köhnə qüllənin uğursuz şəkildə partladılması videoya çəkilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, xəbər verir ki, qüllənin partladılması anı YouTube-da yerləşdirilib.

İnsident aprelin 6-da baş verib. Mütəxəssislər istismar müddəti başa çatan köhnə tikilini plana uyğun partlatsalar da, qüllə gözlənilmədən yaxınlıqdakı kitabxana binasının üzərinə aşıb.

Ərazidə keşik çəkən polisin məlumatına görə, xoşbəxtlikdən hadisə itkisiz ötüşüb.