BAKI, 8 aprel — Sputnik. "Qarabağ münaqişəsi ilə bağı danışıqlarda irəliləyiş əldə etmək üçün tərəflər bir-birinə inamsızlıqdan imtina etməlidirlər və bu zaman 2011-ci il Kazan sammitinin nəticələrindən bəhrələnməlidirlər".
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov Ermənistan telekanallarına müsahibəsində deyib ki, etibarsızlıq əvvəlki kimi danışıqlarda özünü göstərir: "Diqqəti real, praqmatik ideyalarda cəmləmək lazımdır və onlar kifayət qədərdir".
"Bu ideyaları kağız üzərinə köçürmək gərəkdir" — deyə xarici işlər naziri əlavə edib.