Keçmiş prezident həbs edildi

Artıq Luis İnasiu Lula da Silva həbs cəzasını çəkmək üçün şənbə günü axşam təyyarə ilə Kuritiba şəhərinə aparılıb
Sputnik

BAKI, 8 aprel — Sputnik. Braziliyanın sabiq prezidenti  Luis İnasio Lula Da Silva polisə təslim olub.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, o, iki gün gizləndiyi binadan çıxaraq polis maşınına əyləşib.

2017-ci ilin iyulunda Silva korrupsiyada ittiham edilib. O 9,5 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin yanvarında isə Silvanın həbs müddəti 12 ilə qaldırılıb. Həbsdə olduğu 1 ay müddətinə appelyasiya məhkəməsinin qərarı ilə azadlıqda qalma hüququndan istifadə edib.

Artıq Luis İnasiu Lula da Silva həbs cəzasını çəkmək üçün şənbə günü axşam təyyarə ilə Kuritiba şəhərinə aparılıb.

Sabiq prezidentin həbsinə etiraz edənlərlə federal polis qüvvələri arasında baş verən toqquşmada 8 nəfər yaralanıb.

2003-2011-ci illərdə Braziliya prezidenti olan Luis İnasio Lula Da Silva korrupsiyada təqsirləndirilir.