CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin nəzərinə: Bu yollar bağlı olacaq

Sürücülərə alternativ yollardan istifadə edilmələri məsləhət görülür
Sputnik

BAKI, 7 aprel — Sputnik. Aparılan təmir işləri ilə əlaqədar bu gecə iki ərazidə hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.

Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, məhdudlaşdırma qısa müddətlik Nərimanov rayonu Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində, həmçinin Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun Lökbatan qəsəbəsi istiqamətindən tətbiq ediləcək.

Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan sitifadə etmələri tövsiyə olunur.