BAKI, 7 aprel — Sputnik. Sumqayıt şəhərində istehsalatda bədbəxt hadisə baş verib.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, 1970-ci il təvəllüdlü yerli sakin Rüstəmov Saleh Novruzəli oğlu Yaşıldərə yaşayış massivində fəhlə işlədiyi binanın ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
Yaralı dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Fəhlə müayinə olunaraq əməliyyat edilib. Hazırda zərərçəkmişin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.