"Solsberi işi"ndən yeni xəbər var

Sergey Skripal komadan çıxıb və artıq danışa bilir
Sputnik

BAKI, 7 aprel — Sputnik. İngiltərənin Solsberi şəhərində zəhərlənmiş keçmiş xüsusi xidmət polkovniki Sergey Skripal komadan çıxıb və artıq danışa bilir.

Sputnik Azərbaycan Rysiya mətbuatına istinadla xəbər verir ki, Solsberi xəstəxanasının baş həkimi Kristin Blanşard Skripalın müalicəyə yaxşı reaksiya verdiyini və onun vəziyyətinin sürətlə düzəldiyini qeyd edib.

İngiltərədəki Rusiya səfirliyi Skripalın vəziyyətinin yaxşılaşması ilə bağlı tibbi personala minnətdarlıq edib. Səfirliyin bəyanatında bildirilib ki, Rusiya tərəfi Skripal sağaldıqdan sonra istintaqın düzgün aparılacağına və Britaniya tərəfinin bütün ittihamları geri götürəcəyinə ümid edir.

Xatırladaq ki, 66 britaniyalı agent Sergey Skripal və onun 33 yaşlı qızı Yuliya Solsberidə zəhərləniblər. Britaniyanın iddiasına görə, onları Rusiyada hazırlanmış "Noviçok" maddəsi ilə zəhərləyiblər. Cinayətə görə London Moskvanı ittiham edib. Öz növbəsində Rusiya bütün ittihamları rədd edir.