BAKI, 7 aprel — Sputnik. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının (RMX) tikintisinin başa çatdırılması məqsədi ilə Səhiyyə Nazirliyinə 7,6 milyon manat ayrılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Şəmkir RMX-nin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı bu barədə sərəncamda deyilir.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə isə göstərilən məbləğdə maliyyələşməni təmin etmək göstərişi verib.