Qətlə yetirilmiş prezidentə məxsus məxfi sənəd satışa çıxarılıb

Xəritənin hərracdakı ilkin qiyməti 20 min dollardır
Sputnik

BAKI, 7 aprel — Sputnik. ABŞ-da keçmiş prezident Con Kennedinin məxfi xəritəsi satışa çıxarılıb.

Sputnik Azərbaycan bildirir ki, RR Auction hərrac evindən verilən məlumata görə, məxfi xəritə 1962-ci il oktyabrın 27-də tərtib edilib. Xəritədə Kubada yerləşən sovet hərbi obyektlərinin barədə məlumat ver. Söhbət sovet qırıcılarından, bombardmançılarından, raket katerlərindən, ballistik raketlərindən, "yer-yer" raketlərindən, həmçinin nüvə anbarlarından gedir.

Məlum olduğu kimi, 1962-ci ildə SSRİ ilə ABŞ arasında az qala üçüncü dünya müharibəsi ilə nəticələnəcək "Karib böhranı" baş verib. Xəritədəki obyektlər ABŞ-ın bombalamaq istədiyi hədəflərdir. Lakin 1962-ci il oktyabrın 28-də tərəflərin əldə etdiyi razılaşmadan sonra böhran yoluna qoyuldu və ABŞ həmin obyektlərin Kubadan çıxarılması ilə qənaətləndi.

Məlumata əsasən, xəritəni daha sonra preident Kennedi müdafiə naziri Robert Maknamaraya hədiyyə edib. Maknamara isə öz növbəsində onu hazırkı sahibinə bağışlayıb.

Xəritənin hərracdakı ilkin qiyməti 20 min dollardır.