Bosfor boğazında olay: Gəmi "Min bir gecə" serialının çəkildiyi villanı dağıtdı — VİDEO

Sükan avadanlığı ilişdiyindən, tankeri saxlamaq mümkün olmayıb və o, qədim binanı uçurub
Sputnik

BAKI, 7 aprel — Sputnik. Bosfor boğazında olay baş verib. Sputnik AzərbaycanSözçü-yə istinadla xəbər verir ki, Malta bayrağı altında üzən tanker 1850-ci ildə tikilmiş binanı dağıdıb.

Malta bayrağı altında Misirdən Ukraynaya üzdüyü deyilən tanker, Bosfor sahilindəki tarixi malikanayə çırpılıb

Qəza İstanbulun şimalında baş verib. Malta bayrağı altında üzən "Vitaspirit" adlı tankerdə texniki problem yaranıb. Sükan avadanlığı ilişdiyindən, tankeri saxlamaq mümkün olmayıb və o, qədim binanı uçurub.

Qeyd edək ki, bu bina qədim olması ilə yanaşı, həm də məşhurdur. Belə ki, həm Türkiyədə, həm də Azərbaycanda sevilərək izlənilən "Min bir gecə" serialı bu binada çəkilib.

Qəza nəticəsində binaya çox ciddi ziyan dəyib. Sahil mühafizə xidmətinin gəmiləri tankeri sahildən uzaqlaşdırıblar.

Olaydan sonra Bosfor boğazı bağlanılıb.