BAKI, 7 aprel — Sputnik. Almaniyanın Münster şəhərində sürücü yük maşınını insanların üzərinə sürüb. Sputnik Azərbaycan "Rheinische Post"a istinadən xəbər verir ki, ən azı 3 nəfər ölüb, 50 nəfər yaralanıb. Sürücü hadisədən sonra özünü öldürüb.
Polis hadisənin qəsdən törədildiyini ehtimal edir. Sürücü maşını "Kiepenkerl" barı yaxınlığında stulda oturan bir qrup insanın üzərinə sürüb.
Hadisə yerinə polis vertolyotları gəlib, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə partlayıcı maddə axtarırlar.
Polis şəhərdə xüsusi vəziyyət elan edib, insanları olay yerinə yaxınlaşmamağa çağırıb.