"Youtube"də bir ilkə imza atan video

"Despacito" mahnısı "Ən çox baxılan klip", "Ən çox izlənən video" və "Ən çox baxılan duet" kimi rekorda imza atıb
Sputnik

BAKI, 6 aprel — Sputnik. 2017-ci il yanvar ayında dinləyicilərin ixtiyarına verilən Luis Fonsinin "Despacito" musiqisi dünyada bir ilkə imza atıb. Sputnik Azərbaycan xəbər verir ki, bir il ərzində "Youtube" kanalında həmin mahnıya rekord həddə baxış olub. Belə ki, mahnıya 5 milyard dəfə baxılıb.

"Despacito" mahnısı "Ən çox baxılan klip", "Ən çox izlənən video" və "Ən çox baxılan duet" kimi rekordlara imza atıb.