HADİSƏ

İçkili vəziyyətdə inəyi sillələdi, xəstəxanalıq oldu

Qarın nahiyəsindən yaralanan Ürfan Şabran Rayon xəstəxanasına çatdırılsa da, həkimlərin tibbi yardımına razı olmayaraq evə qayıdıb
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 6 aprel – Sputnik. Şabranda inək oğlanı buynuzlayıb. Hadisə dünən axşam 19:00 radələrində baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, rayonun Sincanboyad kənd sakini,1995-ci il təvəllüdlü Bəfdəlov Ürfan Bəhruz oğlu içkili vəziyyətdə tövləyə girib. Anası inəyi sağan zaman inəyin sifətini şillələməyə başlayıb. Bundan hirslənən inək Ü.Bədəlovu buynuzlayıb. Qarın nahiyəsindən yaralanan Ürfan Şabran Rayon xəstəxanasına çatdırılsa da, həkimlərin tibbi yardımına razı olmayaraq evə qayıdıb.