SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı Bəyannaməsi qəbul edildi

Qoşulmama Hərəkatının nazirlər konfransının yekununda Bakı Bəyannaməsi qəbul edilib
Sputnik

BAKI, 6 aprel — Sputnik. Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Azərbaycan paytaxtında keçirilən konfransının yekununda Bakı Bəyannaməsi qəbul edilib.

Sputnik Azərbaycan xəbər verir ki, sənəddə davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviqinə dəstək ifadə olunub. 

Eyni zamanda Qoşulmama Hərəkatına üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. 

Sənəddə beynəlxalq münasibətlər çərçivəsində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmə təhdidindən çəkinməyə, təşkilat çərçivəsində terrorizm və onun bütün forma və təzahürlərinə qarşı mübarizə məsələsində əməkdaşlığı gücləndirməyə, Fələstin ərazilərinin işğalını dayandırmağa dair çağırış yer alır. 

İlham Əliyev: "Biz təkcə silah istehsal etmirik, həm də ixrac edirik"

Bəyannamədə Azərbaycanın paytaxtı Bakının "World Expo-2025"i keçirməyə namizədliyi alqışlanıb.

Həmçinin toplantının sonunda Fələstin məsələsi ilə bağlı Bəyannamə qəbul edilib.

Qeyd edək ki, ikigünlük görüşdə təxminən 800 iştirakçı — Qoşulmama Hərəkatında iştirak edən dövlətlərin, həmçinin hərəkat yanında müşahidəçi statusu almış ölkə və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri iştirak ediblər. 

Xatırladaq ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir.

2019-cu ildə Azərbaycanda Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısı keçiriləcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.