Hərəkətdə olan avtobusdan yıxıldı və xəsarət aldı

Xəsarət alan qadın fiziki qüsurlu olub
Sputnik

BAKI, 6 aprel — Sputnik. Türkiyədə baş verən hadisə zamanı bir qadın ciddi xəsarət alıb. Təkirdağda avtobus sürücüsü qapını açıq qoyaraq idarə etməkdə davam edib.

Sputnik AzərbaycanTürkiyə mediasına istinadən xəbər verir ki, qadın avtobusa minərək açıq qapının qarşısında dayanıb. Avtobus dönən zaman qadın müvazinətini itirərək yola yıxılıb. Qadın dəsmal satan və “Kadroş” adı ilə tanınan fiziki qüsurlu Kadriyyə E olub. Xoşbəxtlikdən o, sağ qalıb.

Qadının yıxılma anını avtobusun kamerası qeydə alıb. Həmin videogörüntü mediada yayılıb.