Bakıdakı Gürcüstan bayrağı endirildi

Məsələ dünən Gürcüstanın Tkibuli şəhərində Mindeli şaxtasının çökməsi ilə bağlıdır
Sputnik

BAKI, 6 aprel — Sputnik. Gürcüstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib. Sputnik Azərbaycan bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Bildirilir ki, bayrağın endirilməsi dünən Gürcüstanın Tkibuli şəhərində Mindeli şaxtasının çökməsi ilə bağlıdır.

Qeyd edək ki, aprelin 5-də Tkibuli şəhərində Mindeli şaxtası çöküb, nəticədə 6 nəfər ölüb, 3 nəfər yaralanıb. Gürcüstan hökuməti şaxtaçıların ölümü ilə əlaqədar ölkədə matəm elan edilməsinə və bütün inzibati binalarda bayraqların aşağı salınmasına qərar verib.