CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evlilik təklifi edən gəncə qızın atası belə mane oldu

Atasının israrına baxmayaraq, Allison evlilik təklifinə "hə" cavabı verib.
Sputnik

BAKI, 6 aprel — Sputnik. ABŞ-ın Nevada ştatında maraqlı hadisə baş verib. Evlilik təklifi alan qıza atası mane olmaq istəyib.

Sputnik AzərbaycanTürkiyə mediasına istinadla xəbər verir ki, Levi Bliss və Allison Barron iki ildir sevgilidirlər. Onlar nəhayət, evlənmək qərarına gəliblər. Bu münasibətlə Levi çöldə sevgilisi Allisona evlilik təklifi edib. Oğlan qızın qarşısında diz çökərək onunla evlənmək istədiyini bildirib. Bu zaman təpədə dayanan Allisonun atası əlində "Yox de" yazılan kağızı qızına göstərərək onun bu evliliyə razı olmamasını istəyib. Atasının israrına baxmayaraq, Allison evlilik təklifinə "hə" cavabı verib.

Nə qədər qeyri-ciddi bir hərəkət təsiri bağışlasa da, amma təpənin başında duran Allisonun atasıdır

Allison atasının bu hərəkəti ilə bağlı deyib: "Atamın xasiyyəti belədir. Ailələrimiz çox yaxındır və bir–birini çox sevirlər. Atam bizimlə zarafat edib. Bu, indiyə qədərki ən gözəl günlərimdən biri idi".

Yaradılan bütün süni maneələr iki gəncin böyük sevgisi qarşısında gücsüz qalıb — indi artıq Levi və Allison çox xoşbəxtdirlər