BAKI, 5 aprel — Sputnik. Türkiyədə ABŞ dollarının məzənnəsi 4.0436 lirəyə çataraq yenidən rekord vurub. Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, dolların məzənnəsi günorta saat 13.35-ə görə 4.0318 səviyyəsinə qalxıb. Avronun məzənnəsi isə 4.9636 lirəyə çatıb.
Yerli mətbuat xəbər verir ki, dolların məzənnəsinin sürətlə qalxmasına geosiyasi, siyasi və qlobal proseslər təsir edir.