CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəmkir məktəbində şagirdin ölümü ilə nəticələnən faciə baş verib

Şəmkir rayon Çənlibel kəndinin məktəbində 6-cı sinif şagirdi vəfat edib
Sputnik

BAKI, 5 aprel — Sputnik. Şəmkir rayon Çənlibel kəndinin məktəbində faciə baş verib. 

Hüquq mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, Çənlibel kənd orta məktəbinin həyətində tənəffüs zamanı sinif yoldaşları ilə oynayan 6-cı sinif şagirdi qəflətən yerə yıxılıb. Məktəb rəhbərliyi dərhal təcili yardım çağırsa da, məlum olub ki, o artıq keçinib. 

2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlunun ölüm səbəbi hələlik məlum deyil.

Şəmkir Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.