CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxıda sürüşmə kabusu: Evlərdə çatlar yaranıb

Sputnik Azərbaycan Şamaxı şəhərinin 48 -ci məhəlləsindən olan görüntüləri təqdim edir.
Sputnik

BAKI, 5 aprel — Sputnik. Şamaxı şəhərinin 48-ci məhəlləsinə sürüşmə sahəsində qeydə alınmış çatların ölçüləri artıb. Son günlər yağan yağışlardan sonra ərazidə sürüşmənin daha da aktivləşməsi nəticəsində evlərdə yenidən çatlar əmələ gəlib.

Həmçinin Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyindəki sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü prosesləri aktivləşib. Şamaxının Cabanı, Dədəgünəş sürüşmə sahələrində də aktivlik müşahidə olunur. Muğanlı sürüşmə sahəsində mövcud çatların ölçüləri qismən genişlənib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları İsmayıllıda mövcud olan sürüşmə zonalarına baxış keçiriblər.

Sputnik Azərbaycan Şamaxı şəhərinin 48-ci məhəlləsindən olan görüntüləri təqdim edir. 

1 / 5
Şamaxı şəhəri 48-ci məhəllədə baş vermiş sürüşmədən sonra hazırkı vaziyyət
2 / 5
Şamaxı şəhəri 48-ci məhəllədə baş vermiş sürüşmədən sonra hazırkı vaziyyət
3 / 5
Şamaxı şəhəri 48-ci məhəllədə baş vermiş sürüşmədən sonra hazırkı vaziyyət
4 / 5
Şamaxı şəhəri 48-ci məhəllədə baş vermiş sürüşmədən sonra hazırkı vaziyyət
5 / 5
Şamaxı şəhəri 48-ci məhəllədə baş vermiş sürüşmədən sonra hazırkı vaziyyət