RUSİYA

ABŞ Vladimir Putinin yaxın ətrafını hədəfə aldı

Bu gün rusiyalı oliqarxlara qarşı sanksiya qərarı veriləcəyi gözlənilir
Sputnik

BAKI, 5 aprel — Sputnik. ABŞ Rusiyanın böyük iş adamlarına qarşı sanksiyalar tətbiq edəcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, "Rusiya hökümətinə və prezident Putinə yaxın oliqarxlara qarşı" sanksiyalar paketi bu gün açıqlanacaq.

Daha öncə verilən məlumatlara görə, amerikalı xüsusi prokuror Robert Müllerin komandası "Rusiya işi" çərçivəsində iki rus oliqarxı Donald Trampın seçki kampaniyasını maliyyələşdirib-maliyyələşdirməməklə bağlı sorğuya çəkib. Həmin iş adamlarının adları açıqlanmır.

Xatırladaq ki, bu ilin yanvarında ABŞ Maliyyə Nazirliyi Konqresə "Kreml hesabatı"nı – prezident Vladimir Putinə yaxın olan yuxarı vəzifəli məmurların və biznesmenlərin siyahısını təqdim edib. Siyahıya 210 nəfərin adı daxil edilib.