TƏHLİL

Politoloq: “Rusiya-Türkiyə münasibətlərindən bütün dünya qazanacaq”

Politoloq Mübariz Əhmədoğlu deyir ki, Türkiyə və Rusiya yaxın illərdə müttəfiq dövlətlər kimi çıxış edəcək
Sputnik

Mübariz Əhmədoğlu: “Geosiyasətdə baş verənlər göstərir ki, bu ölkələr yaxın olmalıdırlar”
Rusiya prezidenti Vladimir Putin yenidən prezident seçilməsindən sonra ilk rəsmi səfərini Türkiyəyə edib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Türkiyə-Rusiya münasibətlərində yeni mərhələ başlayır: 

“Hər iki dövlətə Qərbin sistemli təzyiqi var və onlar bu təzyiqləri uğurla dəf ediblər. Bu iki dövlət ən azından yaxın illərdə  bir-biri ilə əlaqədə olmağa məcburdurlar. Düşünürəm ki, onlar yaxın illərdə müttəfiq dövlətlər kimi çıxış edəcəklər. Hazırda geosiyasətdə baş verən hadisələr də göstərir ki, bu ölkələr yaxın olmalıdırlar. İki dövlətin münasibətlərindən təkcə region deyil, bütün dünya qazanacaq. Çünki bu ölkələr təhlükəsizlik ixracatçısı kimi çıxış edirlər”.