Ordumuzun tankları yarışa çıxdı - VİDEO

"Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir
Sputnik

BAKI, 5 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir.

1 / 3
“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir
2 / 3
“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir
3 / 3
“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir

Yarışlarda tank heyətləri minalanmış sahələri, digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər. Nəticələrə əsasən ən yaxşı tank heyəti müəyyən olunacaq.