HADİSƏ

Türkiyədə universitet işçisi 4 nəfəri güllələdi

Eskişehir Osmanqazi Üniversiteti Təhsil Fakültəsində işləyən laboratoriya işçisi dekan müavini, fakültə katibi və iki müəllimi öldürüb
Sputnik

BAKI, 5 aprel — Sputnik. Türkiyədə universitet işçisi 4 nəfəri güllələyib. Bu barədə Sputnik AzərbaycanAnadolu-ya istinadən məlumat verir.

Belə ki, Eskişehir Osmanqazi Üniversiteti Təhsil Fakültəsində işləyən laboratoriya işçisi dekan müavini, fakültə katibi və iki müəllimi öldürüb.