İt bilib aldı, amma başqa heyvan çıxdı

Kişinin aldığı iki küçük it yox, qara Asiya ayısı olub
Sputnik

BAKI, 5 aprel — Sputnik. Çində bir kişi iki küçük alıb. Zaman keçdikcə itlər böyüdükcə onlara yemək çatdıra bilməyib.

Sputnik AzərbaycanTürkiyə mediasına istinadən xəbər verir ki, heyvanlar günü-gündən daha çox yemək yeyiblər. Lakin sahibi yenə də bunu ciddiyə almayaraq düşünüb ki, itlərin cinsi belədir.

Amma balalar artıq ev sahibinin toyuqlarını parçalamağa başladığı zaman kişi şübhələnib və… aydın olub ki, bu iki küçük heç də it yox, qara Asiya ayısıdır.