İŞİD anbarlarında İsrail silahları tapıldı - FOTOLAR

Əsəd qüvvələrinə bağlı hərbi mənbələrin bildirdiyinə görə, Deyr-əz-Zor şəhərində İŞİD-ə qarşı əməliyyatlar davam edir
Sputnik

BAKI, 5 aprel — Sputnik. Bəşər Əsəd ordusunun Deyr-əz-Zor şəhərində həyata keçirdiyi əməliyyatlarda kimyəvi və İsrail istehsalı olan silahlar tapılıb.

Sputnik Azərbaycan "Akşam"a istinadla xəbər verir ki, Əsəd qüvvələrinə bağlı hərbi mənbələrin bildirdiyinə görə, Deyr-əz-Zor şəhərində İŞİD-ə qarşı əməliyyatlar davam edir.

Əməliyyat zamanı ələ keçirilən bölgələrdə təmizləmə işləri aparılıb. İŞİD-ə aid bəzi anbarlarda İsrail istehsalı olan silahların tapıldığı irəli sürülüb.

Görüntüləri də paylaşan Əsəd qüvvələri, İŞİD anbarlarında silah istehsalında istifadə edilmək üçün hazırlanan kimyəvi və zəhərli maddələrin olduğunu bildiriblər.