Ermənistanda "təmizləmə əməliyyatı"

Ermənistan prezidentinin üç müşaviri vəzifəsindən azad edilib
Sputnik

BAKI, 5 aprel — Sputnik. Ermənistan prezidentinin üç müşaviri vəzifəsindən azad edilib. Sputnik Azərbaycan Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan prezidenti Serj Sarkisyan Qaqik Gevorkyan, Matevos Aramyan və Feliks Pirumyanın müşavir postundan azad edilməsi haqqında fərman imzalayıb.