Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 5 aprel — Sputnik. Cəlilabadda 50 yaşlı qadın intihar edib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, rayonun Cəlayir kəndinin sakini 1968-ci il təvəllüdlü Nağıyeva Yasəmən Elyas qızı özünü asaraq intihar edib.
Mərhum Y.Nağıyevanın meyitini yaxınları yaşadığı evin həyətində yardımçı tikilidə aşkar ediblər. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, Y.Nağıyevanın psixoloji problemləri olub.