BAKI, 5 aprel — Sputnik. Balaca kərgədanın xəstə anasını müalicə edən həkimlərlə mübarizəsinin videogörüntüsü yayılıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, videoda baytarların ana kərgədanın zədə nəticəsində çıxmış barmağını yerinə salması görünür. Onların bu əməliyyatı bala kərgədanın xoşuna gəlmir. Əvvəlcə bala kərgədan həkimləri müşahidə edir, sonra isə əsəbiləşir və hələ çıxmamış buynuzu ilə həkimləri vurmağa çalışır.
Həkimlərin sözlərinə görə, onlar ana kərgədana yaxınlaşmaq istəyən zaman bala kərgədan bir neçə dəfə onların üzərinə atılmağa cəhd edib. Xəstə ana kərgədan isə sakit uzanaraq nə həkimlərə, nə də öz balasının onlara hücum etməsinə reaksiya verməyib.