RUSİYA

Mərkəzi Avropa ölkəsi rus diplomatları qovmaqdan imtina etdi

Kansler: "Bizim Rusiya ilə ənənəvi yaxşı münasibətlərimiz var və biz neytral ölkəyik"
Sputnik

BAKI, 5 aprel — Sputnik. Mərkəzi Avropa ölkələrindən olan Avstriya Respublikasının kansleri (baş nazir) Rusiya diplomatlarının geri göndərilməməsi məsələsinə aydınlıq gətirib. Sputnik Azərbaycan xəbər verir ki, baş nazir Sebastyan Kurs "Puls4" telekanalının efirində bu barədə açıqlama verib.

Rusiya 50 britaniyalı diplomatı ölkədən qovur

"Avropa İttifaqı ölkələrinin 1/3-i rusiyalı diplomatları geri göndərməkdən imtina edib və biz də onların arasındayıq. Biz qərara aldıq ki, bunu etməyək. Çünki bizim Rusiya ilə ənənəvi yaxşı münasibətlərimiz var. Və biz neytral ölkəyik, BMT və ya ATƏT kimi bir çox beynəlxalq təşkilatların qərargahları ölkəmizdə yerləşir" — deyə o bildirib.

Xatırladaq ki, "Skripal işi" ilə əlaqədar martın 26-da ABŞ 60 rusiyalı diplomatı "arzuolunmaz şəxs" elan edərək Sietldakı konsulluğu bağlamaq qərarı verib. Bununla yanaşı, bir çox Avropa İttifaqı ölkələri Rusiya diplomatlarını ölkədən çıxarmağa başlayıb.

Qeyd edək ki, keçmiş rusiyalı kəşfiyyatçı Sergey Skripal və qızı Yuliya Londonda huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti onların Rusiya kəşfiyyatı tərəfindən zəhərləndiyini iddia edir. Rəsmi Moskva isə ittihamı qəbul etmir və hadisənin qurama olduğunu bildirir.