"YouTube"un baş ofisindəki atışmanın səbəbi açıqlandı

Silahlı qadın "YouTube" videoportalının San Bruno şəhərindəki (Kaliforniya ştatı) mənzil-qərargahında atışma törədib
Sputnik

BAKI, 4 aprel — Sputnik. "YouTube" videoportalının ABŞ-ın Kaliforniya ştatındakı baş ofisində atışma terrorçuluqla əlaqəli deyil. İlkin məlumata görə, insidentə səbəb məişət mübahisəsi olub. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, silahlı qadın "YouTube" videoportalının San Bruno şəhərindəki (Kaliforniya ştatı) mənzil-qərargahında atışma törədib. O, ofisə öz sevgilisi ilə hesablaşmaq üçün gəlib. İnsident nəticəsində 3 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

Atəş açan qadının intihar etdiyi bildirilir. Digər məlumatlara əsasən, o məhv edilib.

Qeyd edək ki, "YouTube"un baş ofisində 1100 nəfər işləyir.