HADİSƏ

“YouTube”un mənzil-qərargahında atışma, ölən və yaralananlar var

"YouTube" video portalının baş ofisində atışma olub, xəsarət alanlar var
Sputnik

BAKI, 4 aprel — Sputnik. “YouTube” videoportalının mənzil-qərargahında atışma olub. Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bu barədə sosial şəbəkələrdə şirkətin əməkdaşları bildirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, şirkətin əməkdaşları binadan təxliyə edilib. Atışma zamanı 11 nəfər xəsarət alıb.

Daha bir şirkət işçisi atəş açan şəxsin intihar etdiyini bildirib.

Şirkətin ofisi üzərində bir neçə vertolyot uçur.