BAKI, 4 aprel — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov Türkiyə və ABŞ-ın verdiyi məlumatlar sayəsində ölkədə yeni il bayramında iki terror aktının qarşısını aldıqlarını bildirib.
Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Bortnikov Sankt-Peterburqda yeni il şənliklərində bir terror hücumu üçün hazırlıq görüldüyünə dair ABŞ-ın rus kəşfiyyatını məlumatlandırdığını bildirib.
O, Türkiyənin də Rusiyada yeni il şənliklərində planlaşdırılan başqa bir terror hücumu ilə bağlı rus kəşfiyyatını xəbərdar etdiyini qeyd edib: "Türkiyədən aldığımız məlumat sayəsində terror hücumunun qarşısını almağa müvəffəq olduq".