Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 4 aprel — Sputnik. Bu gün səhər saatlarında Respublikanın şimal-qərb bölgəsinə qar yağıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Şəki və Qax rayonlarının bəzi dağlıq və dağətəyi kəndlərinə qar yağıb.
Yerli fermerlərin fikrincə, havanın kəskin dəyişməsi çiçək açmış bitkilər üçün olduqca zərərli ola bilər. Hazırda qarın intensiv yağması davam edir.