Nazir prezidentin köməkçisinin oğluna vəzifə verdi

İsmayıl Məmmədov bundan əvvəl Daxili İşlər Nazirliyində çalışıb
Sputnik

BAKI, 4 aprel — Sputnik. Daxili işlər naziri general-polkovnik Ramil Usubov Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədovun oğluna yüksək vəzifə verib.

Sputnik Azərbaycan "Bizim Yol"-a istinadla xəbər verir ki, Ramil Usubovun əmri ilə, bir müddət bundan əvvəl Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi təyin edilən polis polkovnik-leytenantı İsmayıl Məmmədov Noruz Məmmədovun oğludur. İsmayıl Məmmədov bundan əvvəl Daxili İşlər Nazirliyində (DİN) çalışıb.