Rusiyalı general: "Ayaz Mütəllibova məlumat verdim ki, Ermənistan müharibəyə hazırlaşır"

Vladislav Safonov: "Bu vəziyyətdə peşəkarlıq lazım idi, Azərbaycan tərəfdən isə zəiflik vardı"
Sputnik

BAKI, 4 aprel — Sputnik. "Dağlıq Qarabağ münaqişəsini alovlandıran səbəb SSRİ-nin dağılması oldu".

Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) xüsusi vəziyyət rayonunun ilk komendantı, hazırda Rusiyada yaşayan general-mayor Vladislav Safonov deyib.

O bildirib ki, orada general olduğu müddətdə hansı səhvlərin olduğunu bilirmiş: "Ancaq həmin vaxt bu haqda kiməsə məlumat verməyə səlahiyyətim çatmırdı. İşdən çıxmadan öncə prezident Ayaz Mütəllibova Ermənistanın müharibəyə hazırlaşması haqqında məlumat verdim. Ancaq gördüm ki, bu vəziyyətdə vətənpərvərlik hissi ilə heç nə etmək olmaz. Bu vəziyyətdə peşəkarlıq lazım idi. Azərbaycan tərəfdən isə zəiflik var idi".