CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və BMT rəsmiləri arasında görüş keçiriləcək

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək
Sputnik

BAKI, 4 aprel — Sputnik. Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak Azərbaycana səfər edəcək. O, “Dayanıqlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda keçirilən konfransın açılış sessiyasında çıxış edəcək.

Bu barədə Sputnik Azərbaycan-a BMT-nin İctimai İnformasiya Departamentindən məlumat verilib.

Miroslav Lajçakın həmçinin Azərbaycan rəsmiləri və BMT-nin ölkə üzrə idarə heyəti ilə görüşləri nəzərdə tutulub.

Bundan başqa, Baş Assambleyanın prezidenti aprelin 5-də ADA Universitetində “Çoxtərəfli əməkdaşlığın hazırkı durumu” mövzusunda tələbələr qarşısında çıxış edəcək.

Səfər zamanı Miroslav Lajçakı kabinetinin rəhbəri Frantişek Rujiçka, baş müşaviri Abdelqani Merabet və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Katarina Kandt müşayiət edəcək.