HADİSƏ

Tanınmış məmur vəzifədən çıxarıldı və başqa posta təyin olundu

Polkovnik Kamran Əliyev Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib
Sputnik

BAKI, 4 aprel — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) kadr dəyişikliyi edilib. Belə ki, uzun illərdir mətbuatla sıx əlaqədə olan polkovnik Kamran Əliyev Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Bu barədə Sputnik Azərbaycan-a K.Əliyev özü məlumat verib. O əlavə edib ki, daxili işlər nazirinin əmri ilə BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin edilib.

Bu vəzifədə bundan əvvəl polkovnik Ərəstun Məcidov çalışırdı. O, bir neçə ay əvvəl təqaüdə çıxdığı üçün həmin şöbədə rəis postu boş idi.

Kamran Əliyevin indiyədək rəhbərlik etdiyi İctimaiyyətlə əlaqələr şöbəsinə də təyinat olub. Belə ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.