CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daşkəsənə qış qayıdıb: Bölgəyə güclü qar yağıb

Qar qalınlığı Daşkəsənin mərkəzində, Əmirvar, Qabaqtəpə, Astav, Alaxançallı kimi dağ kəndlərində 7-8 santimetrə çatıb
Sputnik

BAKI, 4 aprel — Sputnik. Daşkəsənə gözlənilmədən güclü qar yağıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, uzun müddətdir mülayim hava şəraiti müşahidə olunan Daşkəsənə qəfildən qar düşüb.

Daşkəsəndə qar

Gecə və səhər yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində, eləcə də daha yüksəklikdə yerləşən Əmirvar, Qabaqtəpə, Astav, Alaxançallı kimi dağ kəndlərində 7-8 santimetrə çatıb.

Qarın kəndlərarası yollarda, o cümlədən yen inşa olunan 25 kilometrlik Daşkəsən-Qabaqtəpə-Əmirvar avtomobil xəttində hərəkətə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparıb.

Yolların qardan təmizlənməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün yerli yol idarəsi tərəfindən 2 ədəd avtoqreyder, 2 ədəd buldozer, 1 ədəd ekskavator və digər texniki və nəqliyyat avadanlığı sahələrə çıxarılıb.

Rayonun yol istismarı strukturları işlərini qarşıdakı günlər üçün hava proqnozlarını nəzərə almaqla quracaq.