CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda daha bir möhtəşəm tədbir keçiriləcək

İdman naziri: "Bu forum əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət, qayğı və dəyərin nümayişi olacaq"
Sputnik

BAKI, 4 aprel — Sputnik. 2018-ci ilin sentyabr ayında Bakıda30 ölkədən 300-dən artıq gənc və orta yaş nümayəndəsinin Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Global Forumu keçiriləcək. Forum Xüsusi Olimpiya Hərəkatı altında gənclərin sosial layihələrinin başlamasında yeni era olacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, beş gün ərzində baş tutacaq forum Azərbaycan hökuməti tərəfindən dəstəklənir və bu tədbir iştirakçı ölkələrdə cəmiyyətin haqqında danışılan sahəyə daha geniş və əhatəli diqqət ayırması üçün böyük qüvvə və təkan olacaq.

Azad Rəhimov: “Azərbaycanda gənclər üçün hər şərait yaradılıb”

Mətbuat konfransında çıxış edən Azərbaycan Respubikasının gənclər və idman naziri Azad Rəhimov bildirib ki, forum bu il 24-28 sentyabr tarixindı baş tutacaq: “Bu forum əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət, qayğı və dəyərin nümayişi olacaq. Forum özünü cəmiyyətdən kənarda hiss edən insanlara böyük ilham və güc vermiş olacaq".

Xüsusi Olimpiya Avropa Avrasiya hərəkatının prezidenti və İcraçı direktoru cənab David Evangelista bildirib ki, Bakı bu misilsiz layihə üçün mükəmməl məkandır və onun irsi uzun və yaddaqalan olacaq.

Mətbuat konfransının sonunda Azad Rəhimov və Devid Evangelista arasında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, Xüsusi Olimpiya Hərəkatı idman, səhiyyə, təhsil və liderlik proqramları vasitəsi ilə gündəlik dünyada diskriminasiya və intellekt çatışmamazlığı olan insanların şiddətə məruz qalmamaları üçün mübarizə aparan xüsusi proqramdır. 1968-ci ildə bünövrəsi qoyulan Xüsusi Olimpiya Hərəkatının 5 milyona yaxın üzvü, 170 ölkədən olan Vahid partnyorları var. Xüsusi Olimpiya Komitəsi 1 milyona yaxın məşqçi və könüllünün dəstəyi ilə il ərzində 32 idman növündə, 108 min yarışda və mübarizədə iştirak edib.