İQTİSADİYYAT

Bakı turizm sərgisi ekzotika vəd edir

Bakıda Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" sərgisi açılacaq
Sputnik

BAKI, 4 aprel — Sputnik. İtaliya 17 il ərzində ilk dəfə özünün milli stendini Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" sərgisində (AITF 2018) təqdim edəcək. Bundan başqa, Bakıda Şərqi Yava və İndoneziya kimi ekzotik yerlər də öz stendlərini təqdim edəcəklər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "ITE Group"un regional direktoru Edvard Stroon məlumat verib.

Bakıda daha bir maraqlı sərgi keçiriləcək

Sərgi apreln 5-dən 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. O, artıq 17-ci dəfədir ki, öz meydançasına turizm biznesinin, milli və regional turizm təşkilatlarının və dövlət strukturlarının nümayəndələrini toplayır.

"Ötən il olduğu kimi, bu il də sərgidə xarici, beynəlxalq və yerli şirkətlər təqdim olunacaq. Ümumilikdə, sərgiyə 20 ölkədən 277 şirkət qatılacaq" – deyə Stroon bildirib.

Onun sözlərinə görə, sərgidə ekzotika ilə də qarşılaşmaq mümkündür. Məsələn, bura Şərqi Yava və İndoneziyadan turizm şirkətlərinin nümayəndələri qatılacaq.

O, həmçinin qeyd edib ki, son illərdə Azərbaycanda turizm sərgilərini 100 mindən çox adam ziyarət edib.

Eyni zamanda, brifinqdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib ki, o, Azərbaycanda keçirilən ilk sərgini xatırlayır. O zaman sərgidə turizm sahəsinin bu qədər çox nümayəndəsi iştirak etmirdi. Lakin bu gün Azərbaycan turizmin inkişaf dövrünü yaşayır. İsmiyev ərəb yarımadasından gələn turistlərin sayının artdığını xüsusilə qeyd edib.

"Turizm və səyahətlər" sərgisinə həsr edilmiş mətbuat konfransı

Qeyd etmək lazımdır ki, 2018-ci ildə Azərbaycan Beynəlxalq Turizm Sərgisinin şüarı "Bütün dünya – bir sərgi"dir. "AITF 2018" sərgisinin tərəfdaş ölkəsi isə Bolqarıstandır.

İştirakçılar arasında hər il yeni-yeni həm yerli, həm də xarici ölkələri təmsil edən debütant şirkətlər də yer alır. Bu il belə şirkətlər AITF iştirakçılarının 31%-ni təşkil edir.

Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər.

13 milli və regional ekspozisiyanı Azərbaycan, eləcə də Gürcüstan, Dominikan Respublikası, İtaliya, Mərakeş, Tailand, Türkiyə, Çexiya, Dağıstan (Rusiya), Roqaşka Slatina (Sloveniya), Stavropol diyarı (Rusiya) təqdim edəcək.

Qəbələdə beynəlxalq sərgi açılıb

Əlavə etmək lazımdır ki, sərginin ziyarətçiləri sağlamlıq turizmi ilə də tanış olmaq imkanı əldə edəcəklər. Bu il tibb turizm seqmentində Çexiya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 40-dan çox tibb mərkəzi, klinika, sağlamlıq ocağı və sanatoriyalar iştirak edir.

17-ci AİTF ilə bərabər Bakı Ekspo Mərkəzində XII Qafqaz Beynəlxalq "Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar" ("Horex Caucasus 2018") sərgisi də keçiriləcək. "Horex Caucasus" regionda hotel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgidir.

Sputnik Azərbaycan Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" sərgisinin (AITF 2018) informasiya tərəfdaşıdır.