CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sultan Süleymanın biznes arzusu 1 milyon dollarlıq zərərlə bitdi

2014-cü ildə şəbəkənin təqdimat mərasimində Ergenç "Pondr"ın getdikcə böyüyəcəyinə, bir dünya nəhənginə çevriləcəyinə əmin olduğunu bildirmişdi
Sputnik

BAKI, 4 aprel — Sputnik. Məşhur türk aktyoru Halit Ergençin bacısı oğlu Aziz Akgül ilə təxminən 1 milyon dollar sərmayə qoyaraq yaratdıqları "Pondr" sosial şəbəkəsi bağlanıb.

"Instagram"a bənzər bir struktura malik olan "Pondr"ın ən önəmli özəlliyi isə iki rəsmin yan-yana qoyularaq sosial şəbəkə istifadəçilərindən fikir alına bilməsi idi.

Bu özəlliyə bənzər özəlliklərin "Facebook", "Twitter" və "Instagram"da da yer almağa başlaması, "Pondr"ın sosial media proqramları arasındakı şansını azaldıb. "Pondr"ın getdikcə trafiki azaldığı üçün proqram bağlanılıb.

2014-cü ildə şəbəkənin təqdimat mərasimində Ergenç "Pondr"ın getdikcə böyüyəcəyinə, bir dünya nəhənginə çevriləcəyinə əmin olduğunu bildirmişdi.