ABŞ Suriya ilə bağlı qərarını verdi

Ağ Evdə toplantı keçirilib və Suriyadan çəkilmə məsələsi ilə bağlı qərar verilib
Sputnik

BAKI, 4 aprel — Sputnik. ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Dan Coats ABŞ-ın Suriyadan çıxıb-çıxmaması ilə bağlı qərarın tezliklə açıqlanacağını bildirib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, o, qərarın dünən Ağ Evdə qəbul edildiyini bildirib.

Coats bildirib ki, dünən Ağ Evdə toplantı keçirilib və Suriyadan çəkilmə məsələsi ilə bağlı qərar verilib. Bu qərar tezliklə açıqlanacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünənki açıqlamasında "Suriyadan çıxmaq planı üzərində işləyirik. Səudiyyə Ərəbistanı bizim Suriyada qalmağımızı istəyirsə, pulunu ödəməlidir" deyib.