CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentdə qəzəb: "İyrənc üsullara əl atırlar"

Millət vəkili: "Bəzi dairələr Azərbaycanda aparılan islahatlara, dinamik inkişafa qısqanclıqla yanaşır"
Sputnik

BAKI, 3 aprel — Sputnik. "Azərbaycanda aparılan islahatlar, dinamik inkişaf dünyanın əksər ölkələri tərəfindən rəğbətlə qarşılanır. Amma bəzi dairələr tərəfindən buna qısqanclıqla yanaşılır və ona görə də ən çətin dövrlərdə Azərbaycan xalqına qarşı iyrənc üsullara əl atırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən Milli Məclisin plenar iclasında millət vəkili Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, son dövrlər Azərbaycan dövlətinin siyasətinə, Azərbaycan xalqına qarşı bəzi dairələrin apardığı siyasəti hamı pisləyir: "Və biz əminik ki, bunlar hamısı keçəcək. Azərbaycanda xalq-dövlət birliyi təmin edilib, həmrəylik var".