BAKI, 3 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putinin ikigünlük rəsmi səfər məqsədilə Ankaraya gəlib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Rusiya liderinin prezident seçkilərindən sonra ilk xarici səfəridir. Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçirilir.
İki dövlətin başçısı təkbətək və geniş tərkibdə görüşlərdən əlavə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcəklər.
R.T.Ərdoğan və V.Putin, həmçinin videokonfrans vasitəsi ilə Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasiminə qatılacaqlar.
Sabah isə Ankarada Suriya nizamlanmasına yardım üzrə Astana prosesinin qarant dövlətləri olan Türkiyə, Rusiya və İranın liderlərinin görüşü keçiriləcək.