Türkiyə "Akkuyu" üçün "Rosatom"a lisenziya verdi

"Rosatom"un həyata keçirəcəyi layihənin bütün tələblərə cavab verdiyi təsdiqlənib
Sputnik

BAKI, 3 aprel — Sputnik. Türkiyənin Atom Enerjisi üzrə Agentliyi Rusiyanın "Rosatom" dövlət korporasiyasına "Akkuyu" AES-in birinci blokunun tikintisi üçün lisenziya verib.

Sputnik AzərbaycanRİA Novosti agentliyinə istinadən xəbər verir ki, "Rosatom"un həyata keçirəcəyi layihənin bütün tələblərə cavab verdiyi təsdiqlənib.

"Akkuyu" Atom Elektrik Stansiyasının təməl qoyma mərasimi bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinin iştirakı ilə keçiriləcək. Rusiya energetika naziri Aleksandr Novak bildirib ki, tikinti işlərinin ilk mərhələsi ən yaxın zamanda başlayacaq.