Türkiyə döyüş təyyarələri yenidən havaya qalxdı

Əməliyyatlar zamanı dağlara sığınan terrorçulara qarşı axtarış tədbirləri davam etdirilir
Sputnik

BAKI, 3 aprel — Sputnik. Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatını davam etdirir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hərbi təyyarələr havaya qalxaraq, YPG və PKK terror təşkilatlarının Afrində dağlıq ərazilərdə gizlənən üzvlərini bombalayıb.

Xatırladaq ki, Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu martın 18-də Afrinin mərkəzini terrorçulardan təmizləyib. Əməliyyatlar zamanı dağlara sığınan terrorçulara qarşı axtarış tədbirləri davam etdirilir.