Türk respublikasında kütləvi zəhərlənmə

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılıb
Sputnik

BAKI, 3 aprel — Sputnik. Qırğıstanda toyda 220 nəfər zəhərlənib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Bişkekdə keçirilən toyda zəhərlənmə şübhəsi ilə əvvəlcə həkimə 150 nəfər müraciət edib. Sonradan eyni əlamətlərlə müraciət edənlərin sayı 220-ə çatıb.

Hazırda sanitar epidemiologiya mərkəzi kütləvi zəhərlənmənin səbəbini araşdırır. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən "Sanitar gigenik qaydaların pozulması" maddəsi ilə cinayət işi açılıb.